Tramp dələduzluq işi üzrə 454 milyon dollar ödəyəcək

DÜNYA 24 fev 2024, 10:00
Nyu-Yorkdakı məhkəmə ABŞ-nin keçmiş prezidenti Donald Trampın mülki fırıldaqçılıq işi üzrə 454 milyon dollar ödəmək barədə qərar verib.

“Report”un məlumatına görə, bu barədə NBC telekanalı məhkəmənin qərarına istinadən xəbər yayıb.

Qeyd olunur ki, göstərilən məbləğə məhkəmə qərarından əvvəlki dövr üçün faiz daxildir.

Xatırladaq ki, fevralın 16-da Nyu-Yorkdakı məhkəmə Trampı “Trump Organization”da fırıldaqçılıq ilə bağlı mülki işdə təqsirkar bilib və təxminən 355 milyon dollar ödəmək barədə hökm çıxarıb. Həmçinin siyasətçinin üç il ərzində Nyu-York əyalətindəki hər hansı bir şirkətdə vəzifə tutmağı və dövlətin maliyyə qurumlarına kredit axtarmağı qadağan olunub.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top