“Stadiona Qurban Qurbanovun adı verilsin” — Milli Məclisdə təklif

GÜNDƏM 23 fev 2024, 12:47
Dünən “Qarabağ” futbol klubunun qələbəsi bizi sevindirdi.

Demokrat.az xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin bu gün keçirilən plenar iclasında deyib.

Deputat təklif edib ki, Ağdamda tikiləcək stadiona Qurban Qurbanovun adı verilsin: “Ağdamda tikiləcək stadiona bizə bu sevinci yaşadan klubun baş məşqçisi Qurban Qurbanovun adının verilməsini təklif edirəm. Dünya təcrübəsində də bu kimi halla müşahidə etmişik. Məsələn, Şenol Güneş adına bu addım atılıb. Qurban Qurbanov illər sonra yerli klubu Avropa platformasına çıxardı, uğurlu nəticə göstərdi. Biz də onun üçün bu addımı ata bilərik”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top