Qarabağda iş yerlərinin sayı artır — Deputatdan AÇIQLAMA

QARABAĞ 22 fev 2024, 15:42
2023-cü il ərzində işğaldan azad edilmiş rayonlarda 1271 yeni iş yeri açılıb. Dövlət Statistika Komitəsinin hesabatına görə 2022-ci ildə işğaldan azad edilmiş rayonlarda 797 yeni iş yeri yaradılıb. Ötən il bu göstərici 59% artıb və ən çox yeni iş yeri Laçın və Şuşada yaradılıb. Laçında 625, Şuşada isə 275 yeni iş yeri yaradılıb.

Milli Məclisin deputatı Vüqar Bayramov Demokrat.az-a açıqlamasında bildirib ki, azad edilmiş ərazilərdə yaradılan iş yerləri həm dövlət, həm də özəl sektoru əhatə edir:



“Dövlət sektorunda yeni iş yerlərinin yaradılmasını müşahidə edirik, bununla yanaşı, özəl sektorda da iş yerlərinin sayında artım var. İnfrastruktur layihələri ilə bağlı nəqliyyat və inşaat sahələrində yeni iş yerləri açılır. Çünki infrastruktur layihələrinin genişləndirilməsi yeni iş yerlərinin açılmasına imkan verir. Bu gün Qarabağ və Şərqi Zəngəzurda genişmiqyaslı infrastruktur layihələri həyata keçirilməkdədir. Eyni zamanda məskunlaşma genişləndikcə, istehlakçıların sayı artdıqca xidmət və digər sektorlarda da iş yerlərinin yaradılması müşahidə edilir. Yaradılan iş yerlərinin strukturu təkmilləşir və genişlənir. Növbəti illərdə azad edilmiş ərazilərdə məşğulluğun formalaşmasında əsas rolu özəl sektor oynayacaq. Bu da öz növbəsində daha çox iş yerlərinin yaradılmasına xidmət edəcək”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top