Bakıda Yaponiyanın Milli Gününə həsr olunmuş rəsmi qəbul keçirilib — YENİLƏNİB

XARİCİ SİYASƏT 21 fev 2024, 21:15
Bakıda Yaponiyanın Milli Günü – İmperator Əlahəzrət Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbul keçirilib.

"Report" xəbər verir ki, rəsmi açılışdan sonra tədbir bədii hissə ilə davam edib.

19:30

Bakıda Yaponiyanın Milli Günü – İmperator Əlahəzrət Naruhitonun ad gününə həsr olunmuş rəsmi qəbul keçirilir.

"Report" xəbər verir ki, tədbirin açılışında hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Tədbirdə Yaponiyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Katsuya Vatanabe, fəxri qonaq qismində Azərbaycanın xarici işlər nazirinin müavini Elnur Məmmədov, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələri və digər rəsmi şəxslər iştirak edir.

Yaponiyanın Azərbaycandakı Katsuya Vatanabe tədbirdə qeyd edib ki, İlham Əliyevin yenidən prezident seçilməsi Azərbaycan üçün yeni eranın başlanğıcıdır:

"Xalqlarımız arasında əvəzsiz münasibətlərin əsası Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur. Zati-alilərin prezident kimi fəaliyyətinin 20 illiyini qeyd etdiyi bir vaxtda onun yenidən böyük dəstəklə seçilməsi Azərbaycan üçün yeni eranın başlanğıcını göstərir. Həqiqətən də bu il Azərbaycanın COP29-a ev sahibliyi etmək qərarı bu yeni eranın başlanğıcı kimi böyük əhəmiyyət daşıyır və mən Azərbaycanın dostu olaraq bu qərarı ürəkdən alqışlayıram".

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top