Ermənistan DİN-dən Kamil Zeynallı ilə bağlı AÇIQLAMA

GÜNDƏM 21 fev 2024, 13:25
Moskvada saxlanılan azərbaycanlı Ermənistan hüquq-mühafizə orqanları tərəfindən qətldə ittiham olunur.

Demokrat.az xəbər verir ki, bu iddia Ermənistan Daxili İşlər Nazirliyindən yerli mətbuata verilən açıqlamada irəli sürülüb. 

Ermənistan DİN mətbuat katibi Narek Sarkisyan bildirib ki, Kamil Zeynallı barədə onların qurumu tərəfindən dövlətlərarası axtarış elan olunub: “Göstərilən şəxsə qarşı qətl ittihamı ilə dövlətlərarası axtarış başlayıb”.

Ermənistan DİN rəsmisi Kamil Zeynallının qətldə təqsirli bilinərək axtarışa verildiyini bildirsə də, söhbətin hansı qətldən getdiyini açıqlamayıb. Belə görünür ki, Kamilə qarşı əllərində konkret fakt yoxdur, hazırda hansısa absurd ittihamlar uydurmaqla məşğuldurlar.

Ermənistan mətbuatı Kamilin Ramil Səfərov tərəfindən cəzalandırılan Qurgen Markaryanın qətlinin 20-ci ildönümündə həbs olunmasını xüsusi vurğulayır. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top