Sülh danışıqlarına dəstək — Almaniyada görüş başa tuta bilərmi?

SİYASƏT 19 fev 2024, 15:46
Fevralın 17-də Münxendə Olaf Şoltsun moderatorluğu ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüş oldu. Almaniya tərəfi sülh gündəliyinə öz dəstəyini göstərməyə və Almaniyada bu istiqamətdə müvafiq görüşlərin keçirilməsinə dəstək verməyə hazır olduğunu bildirdi. Almaniyanın Azərbaycandakı səfiri də sosial media hesabında ölkəsinin və ümumilikdə Avropanın Azərbaycan və Ermənistan arasında sülh danışıqlarını öz imkanları daxilində dəstəkləməyə hazır olduğunu qeyd edib. 

Ötən ilin oktyabrında Almaniyanın da iştirakı ilə 5-li formatda (Azərbaycan-Ermənistan-Avropa İttifaqı-Fransa-Almaniya) İspaniyanın Qranada şəhərində görüş keçirilməli idi, lakin Azərbaycan görüşdə iştirakdan imtina etdi. 5-li müzakirə formatı yenidən gündəmə gələ bilərmi?

Politoloq Zərdüşt Əlizadə Demokrat.az-a açıqlamasında deyib ki, sülh gündəliyi çərçivəsində danışıqlar bundan sonra yalnız iki tərəfin iştirakı ilə baş tuta bilər:

“Görüşlər müxtəlif yerlərdə ola bilər. Almaniya tərəfi sadəcə ölkənin hər hansısa şəhərini ikitərəfli görüş yeri kimi təklif edə və görüş üçün şərait yarada bilər. Belə olan halda Azərbaycan və Ermənistan  xoşməramlı təklifə razılıq verə bilərlər. Lakin görüşdə heç bir ölkə iştirak etməməlidir, danışıqlar bilavasitə keçmiş münaqişə tərəfləri arasında keçirilməlidir. 5-li format artıq gündəmdə deyil”.

Törə Zeynallı
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top