Putinə Navalnının ölümü barədə məlumat verilib

DÜNYA 16 fev 2024, 16:22
Rusiya Prezidenti Vladimir Putinə siyasətçi Aleksey Navalnının dünyasını dəyişməsi ilə bağlı məlumat verilib.

Demokrat.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumatı Kremlin rəsmi sözçüsü Dmitri Peskov açıqlayıb.

Peskovun sözlərinə görə, Rusiyanın Federal Penitensiar Xidməti Navalnının ölüm səbəblərinin araşdırılması ilə məşğul olur və bunun üçün ayrıca göstəriş tələb olunmur.

O, bununla yanaşı medianın yazdığı kimi, Navalnının tromb yaranması səbəbindən vəfat etməsinin həqiqətə uyğun olub-olmadığını bilmədiyini vurğulayıb:

“Mən bilmirəm. Bunu həkimlər aydınlaşdırmalıdır”.

Xatırladaq ki, rusiyalı siyasətçi A.Navalnı xüsusi rejimli cəzaçəkmə müəssisəsində vəfat edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top