Fındıq yığmağa getdi, qayıdanda evini külə dönmüş gördü - FOTO

HADİSƏ 04 sen 2019, 22:49

Qaxda yaşayış evi yanaraq kül olub.

 

Hadisə rayonun Tasmalı kəndində baş verib.

 

Kənd sakini, 62 yaşlı Səfərəli Camalova məxsus ümumi sahəsi 165 kvadratmetr olan ev alışıb.

 

Yanğın baş verən əraziyə Qax və Zaqatala rayonlarından 2 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub.

 

Yanğın zamanı ev içərisindəki əşyalarla birlikdə yanıb. Həyətdə olan tövlə və evə bitişik yarımtikili isə yanğından mühafizə olunub.

 

Ev sahibinin sözlərinə görə, yanğın baş verən vaxt onlar fındıq bağında olublar.


Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top