Biləsuvarda məktəbdə YANĞIN: Şagird və işçilər təxliyə edildi

HADİSƏ 15 fev 2024, 12:07
Biləsuvar şəhər 4 nömrəli tam orta məktəbin binasında yanğın baş verib.

Bu barədə Demokrat.az-a məktəbdən məlumat verilib.

Bildirilib ki, bu gün saat 10:45 radələrində məktəb binasının ikinci mərtəbəsində elektrikpaylayıcıda qısqapanma nəticəsində baş vermiş yanğın zamanı şagirdlər və işçi heyət məktəbin təxliyə manqası tərəfindən təxliyə edilib.

Yanğına müdaxilə manqası tərəfindən yanğın söndürülüb, Fövqəladə Hallar Nazirliyinin qaynar xəttinə məlumat verilib.

Qeyd olunub ki, baş vermiş yanğın zamanı xəsarət alan olmayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top