"Təhsilim üçün göndərilən pulu xərclədim"

ŞOU-BİZNES 14 fev 2024, 22:42

"Mən Bakı Əmtəəşünaslıq-Kommersiya İnstitutunda oxumuşam. Birinci il qəbul ola bilmədim, əlavə bir il vaxtım var idi. Yaxşı oxuduğuma görə birinci sinifdən üçə keçmişəm. Hətta mənim dilimdə qüsur var idi, yazılı imtahan vermişdik".

Axşam.az xəbər verir ki, bu sözləri Fərda Xudaverdiyev "7 tamam" verilişində deyib. O, tələbəlik illərində təhsili üçün göndərilən pulu xərclədiyini etiraf edib:

"İkinci ilimdə ödənişli əsaslarla qəbul olundum, qorxudan birinci ödənişli olanları yazmışdım ki, bəlkə məni pula görə qəbul edərlər. Mən də düşünürdüm, orada oturub müzakirə edəcəklər ki, bunun yaxşı pulu var. Əslində isə elə deyildi, kompüter özü müəyyənləşdirirdi.

Valideynlərim məktəb və litsey illərində də məni yaxşı geyindiriblər. Hər həftə yanıma gəlirdilər, bazarlıq edirdilər. Atam bir ara təhsil haqqımı ödəmək üçün Moskvaya getdi. Mən bunu sonradan bildim. İki-üç ay sonra oradan mənə pul göndərdi. Həmin vaxtlarda da kaşmir paltolar dəbdə idi, mən də universitet tələbəsi... Pulu verdilər ki, apar ödəməni et. Bir pula, bir də tələbə yoldaşlarımın əynindəki palto və ayaqqabılarına baxdım. Əlim gəlmirdi universitetə verməyə. Fikirləşirdim ki, atam Moskvaya gedib, yenə pul göndərəcək. İki aya bu məbləği göndəribsə, deməli, Moskvanı "dağıdır". Övlad olaraq belə düşündüm. Getdim ticarət mərkəzlərinin birinə və təhsilim üçün göndərilən pulu xərclədim. Anam dedi ki, sağlıqla geyin, amma atan gələndə özün cavab verəcəksən. Universitetdən də pulu istəyirdilər. Anama da deyirdim ki, evə göndərilən puldan hissə-hissə ödəyək.

Bir müddət sonra babam vəfat etdi. Onda atam məcbur gəlməli oldu. Yas mərasimi bitdi, rahat idi ki, universitetin təhsil haqqı ödənilib. Evdə söhbət açıldı və dedim ki, ata pulu xərcləmişəm. Dedi ki, narahat olma. Sonra özü həll etdi. Atam və anama məktəb və tələbəlik illərində yoxluq hiss etdirmədikləri üçün təşəkkür edirəm, əllərinizdən öpürəm".

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top