Xarici işlər nazirini it dişlədi — FOTO

DÜNYA 12 fev 2024, 15:03
Ukraynanın xarici işlər naziri Dmitro Kulebanı it dişləyib.

Demokrat.az xəbər verir ki, nazir bu barədə özü paylaşım edib.

Kuleba itləri ilə gəzdiyini yazıb. Bu zaman onlara ipsiz və ağızlıqsız gəzdirilən “böyük qəribə it” hücum edib.

Ukraynalı nazir əlavə edib ki, xəstəxanaya getməli olub. O, sosial şəbəkədəki səhifəsində dişləmə izləri olan qanlı ayağın fotosunu əlavə edib.

Kuleba itlərinin vəziyyətini və hər hansı xəsarət alıb-almadığını açıqlamayıb.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top