Bakıda bu tarixdən hava kəskin soyuyur — Şaxta olacaq

GÜNDƏM 11 fevral 2024, 23:57

Fevralın 16-dan etibarən Bakıda və Abşeron yarımadasında hava şəraiti kəskin dəyişəcək.

Demokrat.az Sfera.az-a istinadən xəbər verir ki, fevralın 16-ı gecədən etibarən havanın temperaturu - 1 dərəcəyə düşəcək. Yağıntı olacaq. Bəzi yerlərdə sulu qara keçəcək.

Fevralın 17-si gündüz havanın temperaturu 0 dərəcə olacaq. Gecə isə 2 dərəcə şaxta olacaq. Fevralın 17-də sulu qar yağmağa davam edəcək.

Fevralın 18-si gündüz 2 dərəcə isti, gecə 1 dərəcə şaxta olacaq. Fevralın 18-i də paytaxtda sulu qar yağmağa davam edəcək.

Yalnız fevralın 19-dan etibarən yağıntı kəsiləcək.

Havanın temperaturu tədricən artacaq, gecələr + dərəcə temperatur olacaq.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
12 iyul 2025, 10:31
12 iyul 2025, 10:26
12 iyul 2025, 08:39
Top