ABŞ prezidenti mənə dedi ki, onların dalını təpikləyəcəm — Putin

DÜNYA 09 fev 2024, 10:35
Rusiya prezidenti Vladimir Putin amerikalı jurnalist, Donald Trampın tərəfdarı Taker Karlsona müsahibəsində deyib ki, o, dəfələrlə ABŞ-dan Qafqazda (Şimali Qafqaz nəzərdə tutulur - red.) terrora dəstəyi dayandırmağı xahiş edib.

Demokrat.az xəbər verir ki, onun sözlərinə görə, Amerika prezidentlərindən biri ölkəsinin xüsusi xidmət orqanlarının Rusiyadan ayrılmaq istəyənlərə informasiya, siyasi və hətta maliyyə dəstəyi verdiyinə dair sübutları görərək, onları cəzalandıracağına söz verib.

“Mən bir dəfə həmkarım ABŞ prezidenti ilə bu məsələni qaldırmışdım. Dedi ki, ola bilməz, sübutunuz var? Deyirəm bəli. Mən bu söhbətə hazır idim və ona bu sübutu verdim. Baxdı və bilirsən nə dedi? Üzr istəyirəm, amma oldu, sitat gətirəcəyəm, dedi ki, yaxşı, onların dalını (Putin bu sözün daha qeyri-etik sinonimini istifadə edib - red.) təpikləyəcəm. Gözlədik, amma cavab olmadı”, - deyə Putin bildirib.

O, amerikalı həmkarının adını dəqiqləşdirməyib. Görünür, söhbət 2000-ci illərin əvvəllərində Şimali Qafqazda aktiv toqquşmaların olduğu vaxtlarda ABŞ prezidenti olmuş Corc Buşdan gedir.

Putinin sözlərinə görə, o, daha sonra FTX direktorundan MKİ-dən cavab olub-olmadığını soruşub və cavab verilməyib: "Amma yenə də yazdılar: “Biz Rusiyada müxalifətlə işləmişik. Biz bunun düzgün olduğuna inanırıq və müxalifətlə işləməyə davam edəcəyik”. Gülməli. Yaxşı. Biz başa düşdük ki, söhbət olmayacaq”, - deyə Vladimir Putin bildirib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top