Yasamalda dəhşətli partlayış — 10-dan çox maşın sıradan çıxdı

HADİSƏ 06 fevral 2024, 08:00
Bakının Yasamal rayonunda partlayış baş verib.

Demokrat.az Report-a istinadən xəbər verir ki, hadisə rayonun İnşaatçılar prospektində yerləşən 422 saylı qazanxanada qeydə alınıb.

Partlayış nəticəsində qazanxananın divarları uçub, ətrafdakı binaların pəncərə şüşələri qırılıb, 10-dan çox minik avtomobilinə ziyan dəyib.

Dərhal əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidməti cəlb edilib.

Partlayışda xəsarət alan bir nəfər isə xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 23:49
Top