Erkən nikah günün aktual problemi olaraq qalmağa davam edir. Azərbaycan Respublikasının Ailə Məcəlləsinə əsasən, nikah kişi ilə qadının ailə qurmaq məqsədilə könüllü ittifaqıdır. Ölkə Konstitusiyasında qeyd olunur ki, hər kəsin qanunla nəzərdə tutulmuş yaşa çatdıqda ailə qurmaq hüququ var. Nikah yaşı 18 yaş müəyyən olunub. Yalnız üzürlü səbəblər olduqda nikah yaşının 1 ildən çox olmayaraq azaldılmasına icazə verilə bilər. Üzürlü səbəblər! Təəssüf ki, qanunvericilikdəki bu maddədən bəziləri sui-istifadə edir. Ən dəhşətlisi isə odur ki, nəinki 18 yaşdan 1 il aşağı, hətta 16 yaş və daha kiçik yaşlarda qızlarını ərə getməyə məcbur edən ailələr var. Azyaşlı qızların özlərindən dəfələrlə böyük şəxslərə “peşkəş” edilməsi ağır mənzərədir. Belə ailələrdə ər və arvad arasında hüquq bərabərliyindən (Konstitusiyamızın 34-cü maddəsində qeyd edildiyi kimi), qarşılıqlı hörmət və sevgidən, ailə dəyərlərindən söhbət gedə bilməz. Əfsus ki, belə ailələrdə doğulan uşaqların da sağlam mühitdə böyüyəcəyi sual altına düşür. 16 yaşında ana olmuş uşaq özü necə körpəyə baxa, ona qarşı məsuliyyətli davranış sərgiləyə bilər ki?! Ondan bunu gözləmək heç doğru da deyil...

Erkən nikahın fəsadları haqqında çox danışılır, çox yazılır. Təkrara nə hacət?! Statistikaya nəzər salaq ki, faciənin miqyası daha da aydın olsun. Dövlət Statistika Komitəsinin məlumatında bildirilir ki, 2021-ci ildə 16 yaşadək ana olan yeniyetmələrin sayı 84 nəfər təşkil edib. 2022-ci ildə isə bu say 120 nəfərə çatıb. 2021-ci ildə 341 yeniyetmə 16, 1225 yeniyetmə isə 17 yaşında ana olub. 2022-ci ilin statistikasına əsasən isə bu rəqəmlər müvafiq olaraq 386 və 1505 olub. Azərbaycan qanunvericiliyində isə 14-17 yaş aralığı yeniyetməlik dövrü sayılır. 17 yaş hələ yeniyetməlik dövrü hesab olunursa, nikah yaşının 1 il azaldılmasına niyə icazə verildiyi mübahisələndirilə bilər. Qanunvericilikdəki boşluqlar isə başqa mövzunun predmetidir.
Erkən nikahın qarşısının alınması üçün hər il bir öncəkindən daha çox iş görülür, maarifləndirmə tədbirləri aparılır, aidiyyəti qurumların məsələyə həssaslığı artır. Lakin görünən odur ki, tədbirlər istənilən nəticəni vermir, müsbət dinamikanın şahidi ola bilmirik. Azərbaycanda erkən yaşda ana olan yeniyetmə qızların sayı artır.
“Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım” İctimai Birliyinin sədri Zenfira Mustafayevanın fikrincə, ailə tərbiyəsi və ətraf-mühitin təsiri erkən nikah məsələsində rol oynayır.
O, Demokrat.az-a açıqlamasında deyib ki, sosial şəbəkələrdə əxlaqa zidd paylaşımlar, internetdə yayımlanan bəzi videolar və filmlər, televiziyalardakı bayağı verilişlər cinsi yetişkənlik dövründə olan yeniyetmə qızların düşüncəsinə, dünyagörüşünə tez təsir edir:

“Bu onlarda əks cinsə marağı artırır, qızlar təhsil almaq əvəzinə başqa mövzulara meyil edirlər. Yeniyetmələr düşünürlər ki, dəbdəbəli toylar xoşbəxtliyə aparır. Hansısa sosial şəbəkə fenomenlərinin, müğənnilərin yaşayış tərzi onlarda eyi həyatı yaşamaq istəyi formalaşdırır. Bu cür təbliğat gənclərimizə mənfi təsir göstərir. Düşünürlər ki, xoşbəxt olmaq üçün tez ailə qurmaq lazımdır, məsuliyyət daşıyacaqlarını düşünmürlər. Bəzi qızların bu düşüncədə olması qarşı cinsin bundan sui-istifadə etməsinə yol açır. Ümumiyyətlə, keçid dövrü yaşayan oğlan və qızlara qarşı çox diqqətli olmaq lazımdır. Daim qızları danlayırıq, məsuliyyəti onlarda görürük. Baxaq görək oğlanlarımızı necə tərbiyə edirik? Ailədə cinsindən asılı olmayaraq uşağı düzgün tərbiyə etmək lazımdır”.
Ekspert qeyd edib ki, ailədə qız uşaqlarına olan münasibət kişinin qadına münasibətindən qaynaqlanır:
“Valideynlər arasında münasibət sağlam olmalıdır ki, dünyaya gələn uşaq sağlam psixologiya ilə böyüsün. Bağça və məktəb dövründə müəllimlər qız uşaqlarına qarşı daha diqqətli olmalıdırlar, onlara həssas yanaşmalıdırlar. Əvvəllər orta məktəblərdə “Ailə psixologiyası” dərsi var idi, mən özüm 10 ildən artıq bu fənni tədris etmişəm. 9-cu sinifdəki qızlara tədris edirdik bu dərsi. Qızlara erkən nikahın fəsadları, ailənin məsuliyyəti izah edilirdi, cinsi tərbiyə verilirdi. Bu, uşaqlara yaxşı nümunə olurdu”.
Z.Mustafayeva maarifləndirmə işlərinin düzgün istiqamətdə aparılmadığı qənaətindədir:
“Bölgələrdə erkən nikahla bağlı tədbirlər təşkil olunur, amma ora dəvət olunanlar icra qurumlarının, dövlət orqanlarının nümayəndələri olur. Erkən nikahın qurbanları, risk qrupuna daxil olan ailələr və qızlar kənarda qalır. Biz bu işləri onlarla aparmalıyıq. Risk qrupuna daxil olanlar erkən yaşda nişanlanan, təhsildən yayındırılan qızlardır. Yaxşı olar ki, maarifləndirmə bu qrup şəxslərə aid edilsin”.
Erkən nikah problemi ilə daha çox regionlarda rastlaşırıq. Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin üzvü, deputat Tamam Cəfərova komitənin yanvarın 23-də keçirilən iclasında deyib ki, regionlarda aliment ala bilməyən qadınların təxminən 50 %-nin rəsmi nikahı yoxdur. Bu da aliment məsələsində ciddi problemlərə gətirib çıxarır. Onun sözlərinə görə bölgələrdə erkən nikahlar və qızların təhsildən yayınması halları da artır. Deputat təklif edib ki, bu məsələlər də parlamentdə keçirilən dinləmələrin gündəminə daxil edilsin.
Hüquqşünas Mehman Muradlı isə sayta açıqlamasında aliment məsələsinin rəsmi nikahla əlaqəsi olmadığını deyib:

“Əgər atalıq müəyyən olunursa və məhkəmə qətnaməsi ilə aliment kəsilirsə, bu ödənilməlidir. Bölgələrdə aliment problemini rəsmi nikahın olub-olmaması ilə əlaqələndirmək absurddur. Aliment verməyə borclu olan şəxs ola bilər ki, qeydiyyatda olduğu ünvanda yaşamır. Alimentlə bağlı digər problemlər də var. Bir vəkil olaraq əsaslandıra bilərəm ki, aliment ödənişinin icra olunmamasının əsas səbəblərindən biri borclunun həmin ünvanda yaşamaması, bu səbəbdən də onun tapıla bilməməsidir. Axtarış mülki qaydada olduğuna görə bu məsələ ilə polis şöbələri deyil, qeydiyyat bölmələri məşğul olur. Şəxs tapılanda onu icraçıya təqdim edirlər. Daha sonra Ədliyyə Nazirliyinin İstintaq idarəsi tərəfindən məhkəmə qərarını icra etmədiyinə görə şəxsə cinayət işi açılır. İstintaq idarəsinin müstəntiqi tərəfindən alimentin ödənilməsi əksər hallarda təmin edilir. Az bir qisimsə həbsxanada cəza çəkməyi daha üstün tutur, nəinki aliment ödəməyi. Yenə də şəxsin aliment borcu silinmir”.
Törə Zeynallı
Demokrat.az
Qeyd: Yazı Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə gender, ailə və demoqrafiya məsələlərinin işıqlandırılması istiqamətində hazırlanıb.