İran 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edir

DÜNYA 31 yan 2024, 19:50
İran fevralın 4-dən etibarən 28 ölkə ilə vizanı birtərəfli qaydada ləğv edəcək.

Demokrat.az
xəbər verir ki, bu barədə “İRNA” məlumat yayıb.

Məlumata görə, xarici işlər nazirinin müavini Əli Rza Bigdeli açıqlamasında bildirib ki, bəzi ölkələrin vətəndaşları İrana turistik səfərləri üçün birtərəfli vizadan azad edilib. 

Qərar ilə bağlı göstəriş müvafiq qurumlara çatdırılıb. 

Qərarın Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Bəhreyn, Özbəkistan, Tunis, Tanzaniya, Yaponiya, İndoneziya, Sinqapur, Braziliya, Serbiya, Bosniya və Herseqovina, Belarus və digər ölkələr də daxil olmaqla 28 ölkəyə tətbiq ediləcəyini bildirilib. 


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top