Azərbaycan Kuboku: “Qəbələ” “Araz-Naxçıvan”la heç-heçə edib

İDMAN 31 yan 2024, 20:15
Azərbaycan Kubokunda 1/4 final mərhələsinin daha bir oyunu keçirilib.

“Report”un məlumatına görə, turnirin son qalibi “Qəbələ” “Araz-Naxçıvan”ın qonağı olub.

“Dalğa Arena”da baş tutan qarşılaşmada hesabı “qırmızı-qaralar” açıblar. 11-ci dəqiqədə Samuel Tetteh fərqlənib. Lakin Naxçıvan təmsilçisi 45-ci dəqiqədə Elvis Maşikenin sayəsində bərabərlik qolunu vurub.

78-ci dəqiqədə “Qəbələ” meydanda azlıqda qalıb. Braziliyalı müdafiəçi Lukas Afriko birbaşa qırmızı vərəqə alıb. Tərəflərin cəhdlərinə baxmayaraq, ikinci hissədə qapılara qol vurulmayıb və görüş 1:1 hesabı ilə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında cavab matçı fevralın 9-da Qəbələdə keçiriləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top