Rəsulzadənin 140 illiyinə həsr edilən konfrans keçiriləcək

DAXİLİ SİYASƏT 25 yanvar 2024, 13:07
Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasının sədri, ilk dövlət başçısı, jurnalist və publisist Məhəmməd Əmin Rəsulzadənin 140 illik yublieyinə həsr edilən "II Beynəlxalq Rəsulzadə qiraətləri" konfransı keçiriləcək.

Bu barədə Demokrat.az-a konfransın təşkilatçıları məlumat verib.

Bildirilir ki, yanvarın 30-da konfransın açılış mərasimi baş tutacaq.

Konfransda elm və təhsil naziri Emin Əmrullayev, mədəniyyət naziri Adil Kərimli, tarixçilər, ictimai-siyasi xadimlər, Rəsulzadənin nəvəsi Rais Rəsulzadə və digər şəxslər iştirak edəcək.

Qeyd edək ki, bu il Rəsulzadənin 140 illiyi qeyd ediləcək.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top