Qarabağda hərbi kolonların təhlükəsiz hərəkəti təmin edilir — FOTOLAR

HƏRBİ 19 yan 2024, 17:49
Azərbaycan Ordusunun hərbi polis bölmələrinin azad edilmiş ərazilərdəki yaşayış məntəqələri və qoşunların dislokasiya yerlərində fəaliyyəti yüksək səviyyədə təşkil olunur.

Bu barədə Demokrat.az-a Azərbaycan Müdafiə Nazirliyindən (MN) məlumat verilib.

Hərbi polis bölmələri tərəfindən nəzarət-buraxılış məntəqələrində, o cümlədən yeni qurulan stasionar və səyyar postlarda patrul xidməti həyata keçirilir, şəxsi heyətin yoxlanılması və qeydiyyatı, əraziyə daxil olan texnikanın uçotu aparılır, hərbi nəqliyyat vasitələrinin hərəkəti istiqamətləndirilir.

Həmçinin Azərbaycan Ordusu bölmələrinin dislokasiya yerlərinə gedən kolonlarının təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə müşayiəti həyata keçirilir, eləcə də günün nizam qaydalarına uyğun olaraq hərbi qulluqçular tərəfindən qoşun xidməti və sutkaboyu döyüş növbətçiliyinin yerinə yetirilməsinə nəzarət edilir.







SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top