Hər kəsi çox düşünməyin zərəri: Həddən artıq empatiya sindromu

GÜNDƏM 12 yanvar 2024, 20:57
Sağlam münasibətlər qurmaq üçün empatiya vacibdir. Lakin insanları anlamaq üçün çox səy göstərmək emosional çöküşə səbəb ola bilər. Hiper-empatiya adlanan bu sindrom başqa problemlərə də yol açır.

Demokrat.az xəbər verir ki, Klinik Psixoloq Uluq Çağrı Bəyaz bu barədə “TRT Haber”ə danışıb.

Onun sözlərinə görə, həddindən artıq həssaslıq hiper-empatiyaya yol açır:

“Hiper empatiyası olan insanlar başqalarının xoşbəxtliyini və ya problemlərini öz hissləri kimi yaşayırlar. Bunu onların güclü emosional bağlar qurmaq bacarığı ilə izah etmək olar. 

Bu vəziyyət insanın emosional sərhədlərini qorumaqda çətinlik çəkməsinə, həddindən artıq stress yaşamasına və emosional tükənmə hiss etməsinə səbəb ola bilər. 

Hiper-empatiya sindromunun təsiri insandan insana dəyişə bilər, lakin ümumiyyətlə, həddindən artıq emosional olmaq şəxsi həyata mənfi təsir göstərə bilər.

Hiper-empatiya sindromunun yaranma prosesi insandan insana dəyişə bilər. Əsas simptomlara davamlı olaraq başqalarının problemlərinə fokuslanmaq, ətrafınızdakı insanların sevincinə, xoşbəxtliyinə və ya kədərinə həddindən artıq emosional reaksiya vermək daxildir. 

Əlavə olaraq, ətraf mühitin stimullarına, səslərə və ya digər duyğu stimullarına həddindən artıq həssassınızsa, bunlar da simptomlardır. Bu kimi hallarda mübahisələrdən və münaqişələrdən qaçmağa çalışmalıyıq”.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
05 iyul 2025, 00:03
Top