Bakıda avtobus yandı — AÇIQLAMA (VİDEO)

HADİSƏ 11 yan 2024, 13:21
Bakıda avtobus yanıb.

Demokrat.az xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, “BakuBus” MMC-yə məxsus avtobus şəhərin mərkəzi küçələrinin birində tüstüləməyə başlayıb.

Qurumdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə bu gün baş verib:

“Bu gün saat 11:31-də Hüseyn Cavid prospektində 17 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda anidən tüstülənmə baş verib.
Avtobusda mövcud avtomatik qoruma sistemi işə düşüb. Sərnişinlər avtobusdan operativ olaraq düşürülüb. Nəqliyyat vasitəsi qarajdan ehtiyat avtobusla əvəz edilib, marşrutun hərəkət qrafiki bərpa edilib. Sərnişinlər arasında xəsarət alan yoxdur.

Hazırda hadisə ilə bağlı daxili araşdırma aparılır”.

Həmin görüntüləri təqdim edirik:

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top