Mahir Əmrəli Rusiya klubuna keçə bilər

İDMAN 06 yan 2024, 09:59

Rusiyanın “Rubin” (Kazan) klubu Zaqrebin “Dinamo”sunun azərbaycanlı hücumçusu Mahir Əmrəli ilə maraqlanır”. 

Bunu futbol agenti Ramil Adıgözəlov deyib.

“Hazırda “Rubin” Əmrəli ilə fəal şəkildə maraqlanır. Rusiya çempionatında qol vurmaq çətin olsa da, hər iki tərəf üçün yaxşı anlaşma olardı. Əmrəli Türkiyədə yaxşı tanınır, orada “Konyaspor”da çıxış edib. Bilirəm ki, “Qaziantepspor” onunla maraqlanıb, “Rakuva” da ona maraq göstərib, amma bu sadəcə danışıqlar üzərində qaldı”, - deyə o bildirib.

Qeyd edək ki, 26 yaşlı Əmrəli Azərbaycan millisinin heyətində 45 oyun keçirib, bu oyunlarda o, 5 qol vurub, 2 məhsuldar ötürmə edib.

“Rubin” Rusiya Premyer Liqasının (RPL) 18 turundan sonra 28 xal toplayıb və turnir cədvəlində səkkizinci pillədə qərarlaşıb. Rusiya çempionatı 2024-cü ilin martında fasilədən sonra bərpa olunacaq.(Oxu.az) 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top