Rəsmi Kiyev: "Rusiya ilə heç bir danışıqlar olmayacaq"

DÜNYA 30 dekabr 2023, 17:17
Rusiya ilə heç bir danışıqlar olmayacaq.

“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu Ukrayna Prezident Ofisinin müşaviri Mixaylo Podolyak deyib.

O bildirib ki, Moskva ilə danışıqlardan söhbət gedə bilməz.

M.Podolyak əmindir ki, Avropa İttifaqı Ukraynaya yardımı davam etdirəcək: “Artıq bəzi liderlərin davranışında və Ukraynaya münasibətdə böyük transformasiya baş verib”.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyununda əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. V.Zelenski əks-hücum əməliyyatının uğursuz olduğunu etiraf edib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
25 sentyabr 2025, 22:05
Top