Meksikada silahlı hücum zamanı 6 nəfər ölüb, onlarla insan yaralanıb

DÜNYA 30 dek 2023, 08:45
Meksikanın Syudad Obreqon şəhərində baş verən silahlı hücumda bir neçə nəfər öldürülüb, onlarla insan yaralanıb.

“Report” bu barədə “Associated Press” məlumat yayıb.

Məlumata görə, Kajeme qəsəbəsində şənlik mərasimi zamanı 3 silahlı şəxs evə hücum edib.

Hadisə zamanı 6 nəfər həyatını itirib, 4-ü ağır olmaqla 26 nəfər yaralanıb. Xəsarət alanlardan 2-nin yaşının 18-dən az olduğu bildirilir.

Prokuror Qustavo Salas Sançes açıqlamasında ölən 6 nəfərdən 5-i barəsində həbs qərarının olduğunu bildirib.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb. Ehtimal olunur ki, insident qruplaşmanın qarşıdurması nəticəsində baş verib.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top