Güclü külək yollarda qəza riskini artırır — DYP

SOSİAL 28 dek 2023, 11:43
Hazırda paytaxt ərazisində müşahidə olunan güclü külək yollarda qəza riskini artırır.

Demokrat.az xəbər verir ki, bu barədə DİN-in Baş Dövlət Yol Polis İdarəsinin küləkli hava ilə bağlı moped sürücülərinə xəbərdarlığında deyilir.

Qeyd olunub ki, belə hava şəraiti ikitəkərli, o cümlədən moped, motosiklet, elektroskuter, velosiped tipli nəqliyyat vasitələrinin idarə edilməsində isə xüsusilə ciddi cətinliklər yaradır. Küləyin təsiri nəticəsində müvazinətin itirilməsi ikitəkərli nəqliyyat vasitələrinin aşma ehtimalını dəfələrlə artırır ki, bu da sürücünün özü, eləcə də digər nəqliyyat vasitələri və piyadalar üçün real təhlükədir.

DİN-in Baş DYP İdarəsi ikitəkərli nəqliyyat vasitələrinin sürücülərinə mövcud hava şəritini düzgün qiymətləndirməyi və bu tip nəqliyyat vasitələrindən mümkün qədər az istifadə etməyi tövsiyə edir.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top