Bakı-Pirşağı-Sumqayıt qatarı elektrik kəsintisinə görə yolda qalıb

İNFRASTRUKTUR 25 dekabr 2023, 21:45
Bu gün saat 18:45-də Bakı Dəmiryolu vağzalından çıxan Bakı-Pirşağı-Sumqayıt qatarı yolda qalıb.

“Report”un əldə etdiyi məlumata görə, hadisəyə səbəb elektrik enerjisi kəsintisidir.

“Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Mətbuat Katibliyi şöbəsinin müdiri Sənubər Nəzərova faktı “Report”a təsdiq edib.

Onun sözlərinə görə, elektrik enerjisi kəsintisi səbəbindən qatar Zabrat-Pirşağı mənzilində qalıb: “Hazırda aidiyyatı qurumun və ADY-nin əməkdaşları ərazidədir. Qısa zamanda elektrik enerjisi verilişi bərpa ediləcək”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top