Səfirlikdən Türkmənistandakı vətəndaşlarımıza ÇAĞIRIŞ

XARİCİ SİYASƏT 25 dek 2023, 10:42
Azərbaycanın Türkmənistandakı səfirliyi bu ölkə ərazisində daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətdə olan 18 yaşını tamamlamış Azərbaycan vətəndaşlarına müraciət edib.

Demokrat.az xəbər verir ki, bu barədə səfirliyin “X” hesabında paylaşım edilib.

Bildirilib ki, 7 fevral 2024-cü il tarixinə təyin olunmuş növbədənkənar prezident seçkisində iştirak edəcək, Türkmənistanda daimi yaşayan və ya müvəqqəti olan, yaxud uzunmüddətli ezamiyyətə gəlmiş 18 yaşına çatmış Azərbaycan Respublikası vətəndaşlarının seçici siyahısına əlavə olunmaları məqsədilə 29 dekabr 2023-cü il tarixinədək aşağıda qeyd olunmuş əlaqə vasitələri ilə Azərbaycan Respublikasının Türkmənistandakı səfirliyinə müraciət etmələri xahiş olunur.

Telefon: 48-20-44
Elektron poçt: ashgabat@mission.mfa.gov.az

Müraciət zamanı seçici siyahısına əlavə edilməsi məqsədilə Azərbaycan Respublikası vətəndaşının tam adı (soyadı, adı və ata adı), doğulduğu tarix (il, ay və gün) və yaşadığı ünvan barədə məlumat təqdim olunmalıdır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top