Daha 6 nəfərin namizədliyinin irəli sürülməsi təsdiqlədi

DAXİLİ SİYASƏT 21 dek 2023, 16:40
Azərbaycanda prezidentliyə namizədliyinin irəli sürülməsi təsdiqlənənlərin sayı 7-yə çatıb.

Demokrat.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən iclasında namizədliyi özü tərəfindən irəli sürülən Zahid Oruc və Fuad Əliyev, Böyük Quruluş Partiyasının prezidentliyə namizədi Fazil Mustafa, Böyük Azərbaycan Partiyasının prezidentliyə namizədi Elşad Musayev, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının prezidentliyə namizədi Qüdrət Həsənquliyev, Milli Cəbhə Partiyasının prezidentliyə namizədi Razi Nurullayevin namizədliyinin irəli sürülməsinin təsdiq olunması barədə məsələni səsverməyə çıxarılaraq qəbul edilib.

Qeyd edək ki, bundan öncə MSK İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsini təsdiqləyib.
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top