Elnur Hidayətoğlu TƏBİB-də Zamirə Ədilovanı əvəzləyəcək? — AÇIQLAMA

SOSİAL 14 dek 2023, 09:41
Xəbər verdiyimiz kimi, tanınmış jurnalist Elnur Hidayətoğlu Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri təyin olunub.

E.Hidayətoğlunun yeni vəzifəsi jurnalistlərdə çaşqınlığa səbəb olub, bəzi KİV-lər onu TƏBİB-in mətbuat katibi kimi təqdim edib, bəziləri isə Zamirə Adilovanın vəzifəsinə təyin olunduğunu yazıb.

Demokrat.az xəbər verir ki, TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhjbəri Zamirə Ədilova məsələyə aydınlıq gətirib.

“TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamenti bu qurumun strukturuna uyğun yaradılan bölmədir.

Departamentin fəaliyyət istiqamətlərinə TƏBİB-in və tabeli tibb müəssisələrinin media və ictimaiyyətlə əlaqələr, marketinq, tədbirlər, daxili kommunikasiya sahələrində işlərin təşkilini, tənzimlənməsini və təkmilləşdirilməsini təmin etmək daxildir.

İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin tərkibində 2 şöbə - İctimaiyyətlə əlaqələr və Daxili kommunikasiya şöbələri fəaliyyət göstərir”, - Z.Ədilova deyib.

Z.Idilovanın sözlərinə görə, Elnur Hidayətoğlu TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin şöbələrindən birinə müdir gətirilib”.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top