Jurnalist Hafiz Babalı saxlanıldı

GÜNDƏM 13 dek 2023, 22:19
Jurnalist Hafiz Babalı saxlanılıb.

“Qafqazinfo” xəbər verir ki, o, ​“Abzas media” ilə bağlı iş üzrə cinayət məsuliyyətinə cəlb edilib.

Hafiz Babalının saxlanılması ilə bağlı məlumatı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin  əməkdaşı İbrahim Əmiraslanlı təsdiq edib.
Qeyd edək ki, daha öncə sözügedən saytın direktoru Ülvi Həsənli və baş redaktoru Sevinc Vaqifqızı, eyni zamanda direktor müavini Məhəmməd Kekalov qaçaqmalçılıq ittihamı ilə həbs ediliblər.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top