İki aparıcını birləşdirən bir layihə…

MEDİA 08 dek 2023, 10:49
Birliyin sədri, jurnalist Firuzə Cəlilova adı çəkilən mərkəzlərlə əməkdaşlıq çərçivəsində fərqli və maraqlı layihələr həyata keçirəcəklərini bildirib. Təbii olaraq düşünə bilərsiz ki, əgər bir qadın dəmir barmaqlıqlar arxasındadırsa bloggerlik, influenserlik onun nəyinə lazımdır. Birlik sədri məsələyə bu istiqamətdən yanaşmanın yanlış olduğunu vurğulayıb. Onun sözlərinə görə Birlik məhkum qadınlara “ Sən cəmiyyətə lazımsan” mesajını söz xatirinə ötürmür. Bunu bütün layihələri ilə subut etməyə çalışırlar. Həyata keçirdikləri və keçirməkdə olduqları bütün ideyaları onların inkişafına istiqamətlənib. Sədr, Baku Bloggers School və Baku İnfluencers School mərkəzlərinin təsisçisi və rəhbəri Yelena Sidorenko Eyvazli ilə elə bu məqsədlə əməkdaşlıq sazişini imzaladığını söylədi. 

Mərkəzlərin təlimçiləri vasitəsilə məhkum qadınlara onlayın və canlı formatda blogger və influenserliyin sirləri öyrədiləcək. Eyni zamanda onlara özlərini gözəl ifadə etmək üçün yaxşı danışmaq sənəti öyrədiləcək. Təlimçilər düşünür ki, diksiya və natiqlik dərsləri xanımların özgüvən hissini yüksəldəcək. Bununla yanaşı onlara podcast hazırlığı, foto çəkilişi və moda yönümlü məlumatlarda veriləcək. Əlavə olaraq məhkum qadınlar arasında musiqiyə marağı olanlara gitara dərsləridə keçiriləcək. 

Birlik sədri F. Cəlilova rəhbərlik etdiyi qurum vasitəsilə məhkum qadınların cəza çəkmə müddəti bitənə kimi öyrənib, inkişaf etmək istiqamətində mümükün bütün imkanlardan istifadə edəcəyini deyir. 

İctimai Birliyin bu təşəbbüsünü alqışlamaq olar. Bəzən biz cəmiyyət olaraq məhkumluq həyatı yaşayanların sonrakı taleyini heç düşünmürük. Halbuki onları yeni həyata bağlamaq üçün sözə deyil,əmələ ehtiyac var. Əgər “Çəza Çəkmiş Qadınların Cəmiyyətə Qayıdışı” İctimai Birliyi və Baku Bloggers School, Baku İnfluencers School mərkəzlərinin birgə layihəsi bir məhbus qadının yenidən həyata bağlanmasına nail olacaqsa bu cəmiyyətin qazancıdır və böyük nəticə deməkdir. Bu işdə onlara uğur arzulayırıq. 
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top