Türkiyəli məşhur yazıçı vəfat etdi

REGİON 06 dek 2023, 20:05
Türkiyəli məşhur yazıçı və politoloq Mustafa Çalık dünyasını dəyişib.

Demokrat.az
xəbər verir ki, bu barədə Türkiyənin səhiyyə naziri Fahrettin Koca “X” sosial media hesabında paylaşım edib.

Paylaşımda deyilir:

“Uzun müddətdir ki, müalicə altında olan dəyərli yazıçı və politoloq Mustafa Çalık dünyasını dəyişib. Onu həm politoloq, həm də inandığı dəyərləri yüksək səslə müdafiə edən yazıçı olduğu üçün daim xatırlayacağıq. Allah rəhmət eləsin, ailəsinə və yaxınlarına başsağlığı verirəm”.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top