İsrail Qəzzada 2 məktəbi vurdu: 50 nəfər öldü

DÜNYA 04 dekabr 2023, 22:22
İsrail təyyarələri və artilleriyasının Qəzzada iki məktəbə etdiyi hücum nəticəsində ən azı 50 nəfər həyatını itirib.

Demokrat.az
xəbər verir ki, bu barədə Fələstinin rəsmi xəbər agentliyi “WAFA” məlumat yayıb.

Bildirilib ki, Qəzzanın Dərac rayonunda didərgin düşmüş fələstinlilərin sığındığı Şəhid Əsəd Səftəvi məktəbi və Birləşmiş Millətlər Təşkilatının Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Agentliyinə bağlı Səlahəddin Məktəbi hücuma məruz qalıb.

İki məktəbə edilən hücumlarda həyatını itirən 50 fələstinlidən çoxunun cənazəsi və yüzlərlə yaralı mülki şəxs bölgəyə yaxın olan xəstəxanaya gətirilib.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top