"Dövlət qurumlarının, nazirliklərin nümayəndələri, mətbuat katibləri yazılı məlumatlarda daha az səhvlər edirlər. Necə olur ki onlar üçün orfoqrafiya normaları əlçatandır?! Saytlar gündəlik axtarışda olmalıdır".
Demokrat.az xəbər verir ki, bunu Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin direktoru Sevinc Əliyeva “Saytlarımız monitorinq aynasında” adlı tədbirdə deyib. O, saytlarda yol verilən bəzi səhvlərin səbəblərini də qeyd edib:
"Monitorinq zamanı saytlarda 1371 orfoqrafik, 356 leksik, 909 qrammatik norma pozuntusu, 928 üslub və ifadə səhvi aşkar edilib. Hər bir məsələ ilə bağlı internetdə dəqiqləşdirmələr aparmaq olar, lüğətlərin pdf variantları var, müxbirlər bundan istifadə edə bilərlər. Bəzən saytlarda əksini tapan informasiyalar da özünü doğrultmur. İstinad edilən mənbədə yol verilmiş yanlışlıqlar təkrar edilir, düzəliş edilmir".
Törə Zeynallı
Demokrat.az