Qulu Məhərrəmli: "Yaxşı saytlarımız, redaktorlarımız var" — FOTO

MEDİA 04 dek 2023, 12:42
"Dilçilik İnstitutunda müəyyən proseslər gedir. Cavabı olmayan bir çox suallar var. Bu suallara cavab vermək lazımdır". 

Demokrat.az xəbər verir ki, bunu tanınmış jurnalist, Bakı Dövlət Universitetinin professoru Qulu Məhərrəmli Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin “Saytlarımız monitorinq aynasında” adlı tədbirində deyib. 

Onun sözlərinə görə ən dinamik proses monitorinqlə bağlıdır, bu, sistemli və effektiv formada aparılır:

"Dil ənənəyə, saytın dili isə nizamlanmış ədəbi dilə əsaslanır. Bunun üçün dili duymaq lazımdır. Yaxşı saytlarımız, redaktorlarımız var. Təəssüf ki, məzmunca zəif və dilə biganə olan saytlar da var. Yazdıqlarının fərqinə varmır, düzəliş etmirlər. Ümumiyyətlə monitorinqin aparılması məsuliyyət yaradır". 



Törə Zeynallı 
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top