Oğuzda məşhur Xalxal şəlaləsi yaxınlığında meşə ərazisi dayanacaq kimi pullu xidmətə daxil edilib.
Demokrat.az-ın məlumatına görə, əraziyə gələn turistlər hətta şəlalə ərazisinə daxil olmasalar belə, meşəlikdə avtomobillərini saxlamaq istədikdə onlardan 1 manat tələb edilir.
Meşə zolağında ödənişli parkinq xidmətini kimin tətbiq etdiyi hələlik məlum deyil.(olke.az)