![](https://demokrat.az/cdn/uploadedfiles/custom/2023/1/13/1/2f2a219a-537c-4cc1-9ad1-d248acf680ae/bicaq.jpg)
Bakıda qəsdən adam öldürmə faktı üzrə cinayət işi başlanıb.
Nizami rayon Prokurorluğundan verilən məlumata görə, dekabrın 2-si saat 23:30 radələrində paytaxtın Nizami rayonu ərazisində 1978-ci il təvəllüdlü Rasim Zamanovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Araşdırmalarla 1980-ci il təvəllüdlü Həsən Həsrətovun aralarında yaranmış mübahisə zamanı qohumu Rasim Zamanova bıçaqla xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. H.Həsrətov iş üzrə şübhhəli şəxs qismində tutulub.
İbtidai istintaq davam etdirilir.