Şəkidə türk vətəndaşına məxsus “TIR” yandı

HADİSƏ 02 dek 2023, 16:45
Şəkidə yük avtomobili yanıb.

APA-nın Şimal-qərb bürosunun məlumatına görə, yanğın hadisəsi günorta saat 14 radələrində Yevlax-Zaqatala-Gürcüstan sərhəd magistral yolunun Şəki rayonu Çayqaraqoyunlu kəndinin inzibati ərazisindən keçən hissəsində qeydə alınıb.

Türkiyə dövlətinə məxsus, sürücü 1992-ci il təvəllüdlü Alp Büyükkabakçı Celalın idarə etdiyi "TIR" hərəkətdə olan zaman yanmağa başlayıb.

Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Yevlax rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyətləri cəlb edilib. Yanğın nəticəsində avtomobilin yanar konstruksiyaları tam yanıb. Yanğın nəticəsində yük maşının kabinə hissəsinin yanar konstruksiyaları yanıb. Yanğın zamanı xəsarət alan olmayıb.

Faktla bağlı araşdırma aparılır.

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top