Elm və təhsil nazirinin müavini Firudin Qurbanov "Ailə sağlamlığı və dəyərləri qanunvericilik aspektində" mövzusunda keçirilən ictimai dinləmədə ailə dəyərləri ilə bağlı qanunvericiliyə dəyişiklik olunmasını tövsiyə edib. O bildirib ki, qanunvericilikdə yaşlı nəslə hörmət, ailənin şərəfi, analıq və uşaqlıq, çoxlu uşaq sahibi olmaq kimi dəyərlər qeyd edilməlidir. Nazir müavininin sözlərinə görə bu gün qanunvericilikdə ənənəvi ailə dəyərlərinin açılmasına geniş ehtiyac var.
Sosioloq Elçin Bayramlı da eyni fikirdədir. O, Demokrat.az-a açıqlamasında deyib ki, insan tək fiziki-bioloji varlıq deyil, həm də ruhi-mənəvi varlıqdır, elmi olaraq da bu sübut olunub:
“Mənəvi dəyərlərlə, psixoloji məsələlərlə bağlı yazılması mümkün olmayan anlayışlar var ki, onlar da qanunla əsaslandırılmalıdır. Qloballaşma prosesinin getdiyi bir dövrdə dövlət siyasətinin özü və qanunlarımız bu məqamları əks etdirməlidir. Bunun həm təbliğatı aparılmalıdır, həm də qanunda hər hansı formada təsbit olunmalıdır”.
Ekspert qeyd edib ki, Azərbaycan xalqının əsas dəyəri sağlam və əxlaqlı ailə sistemidir, amma təəssüf ki, bu sistem dağılıb gedir:

“Boşanmalar üzrə birinci yerdəyik. Halbuki 20-30 il əvvələ kimi dünyanın ən möhkəm ailə institutu olan cəmiyyətlərindən biri idik və bununla fəxr edirdik. Milli-mənəvi dəyərlərimiz, hətta dini dəyərlərimiz hər hansı formada qanunda əksini tapmalıdır. Öhdəliklər olmalıdır. Valideyn övladını böyüdüb boya-başa çatdırır, uşağın da valideyn qarşısında öhdəliyi var. Qanuni şəkildə bu öhdəlik təsbit olunmayıbsa, ehtimal edə bilərik ki, indiki dövrdə yetişən uşaqlar valideynlərini çölə də ata bilərlər. Bəzi məqamlarla bağlı öhdəliklər qanunda müəyyən edilib, amma tam deyil. Vətəndaş başa düşməlidir ki, onun hüquqları olduğu kimi öhdəlikləri də var. Azərbaycanda yaşayırsansa, bu ölkənin dəyərlərinə hörmət etməlisən, istər davranışınla, istər geyim tərzinlə, istər efirdə danışığınla olsun. Bu bütün dünya ölkələrində belədir”.
E.Bayramlı əlavə edib ki, bu məsələləri qanuni səviyyədə tələb etmək lazımdır:
“Qanundakı boşluqlardan istifadə edib ictmai yerlərdə, efirlərdə çıxıb əxlaqsızlıq yayırlar, irad bildirəndə də deyirlər ki, qanunda belə məhdudiyyət yoxdur, kefim istəyəni edə bilərəm. Bunun adını hara inteqrasiya qoyaq?! Bu, nəyin qloballaşmasıdır?!
Cənab Prezident də bir neçə dəfə çıxışlarında deyib ki, Azərbaycan dövləti, cəmiyyəti, gənclərimiz öz milli-mənəvi dəyərləri üzərində inkişaf edir. Biz heç yerə inteqrasiya etmirik. İnteqrasiya ancaq elm, texnologiya, səhiyyə istiqamətində ola bilər. Açıq-aşkar yad dəyərlərin təbliğatı gedir. Buna qadağa qoyulmalıdır, bunu edən insanlar cəzalandırılmalıdır. Xüsusilə də sosial şəbəkələrə, mediaya nəzarət gücləndirilməlidir”.
Törə Zeynallı
Demokrat.az