“Hazırkı vəziyyətdə sülh müqaviləsi Ermənistana hava və su kimi lazımdır. Əgər Ermənistan sülh müqaviləsini imzalamasa, ona həm Qərbin, həm də Rusiyanın təzyiqi artacaq. Moskva Paşinyanı devirsə, Ermənistan bir dövlət kimi çökəcək. Bunu Paşinyan və digərləri yaxşı başa düşürlər”.
Bu fikirləri Bakupost.az -a politoloq Cümşüd Nuriyev bildirib.
O vurğulayıb ki, adətən, müharibələrdə sülh müqaviləsinin şərtlərini qalib dövlət müəyyən edir:
“Sülh müqaviləsi ölkələrin bir-birinin ərazi bütövlüyünü tanımasını, daxili işlərə qarışmamağı, qarşılıqlı hörmət və ehtiramı, birgə əməkdaşlığı ehtiva edir.
Yəqin ki, bir də nəqliyyat yolları məsələsi orada öz əksini tapacaq. Sərhəd məsələsinin həlli sonraya qalacaq. Bu, sülh müqaviləsi və ya çərçivə sazişində kənar bir sənədlə həll ediləcək”.