Bakının Yasamal rayonunda 1989-cu il təvəllüdlü Sərdar xalasının keçmiş əri Əhmədə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə bu ilin martın 25-də baş verib. Sərdar həmin gün, gecə saat 00.10-da “Jasmin Park” yaşayış kompleksinə aid olan tikilməkdə olan binaların həyətində xalasının əri olmuş Əhmədlə onun ailə üzvlərinin ünvanına nalayiq ifadələr, söyüşlər işlətməsi səbəbinə aydınlıq gətirilməsi ilə bağlı aralarında yaranmış mübahisə zamanı onu yumruq və təpik zərbələri ilə sifət və bədəninin müxtəlif nahiyyələrindən vurub.
Hadisəni törədən Sərdarın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərdar ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, zərərçəkmiş Əhməd onun xalası Sevdanın keçmiş həyat yoldaşıdır, onlar təxminən 8-9 ildir ki, boşanıblar və onları bir oğlulları var: “Zərərçəkmiş Əhmədlə münasibətlərimiz həmişə yaxşı olub. Xalam ilə boşanandan sonra da Əhmədlə münasibət saxlamışam, onunla bir neçə dəfə görüşərək hal-əhval tutmuşam”.
Təqsirləndirilən şəxs qeyd edib ki, martın 24-də xalası Sevda “Whatsapp” tətbiqi vasitəsi ilə onun istifadəsində olan telefona Əhmədin səslı mesajını göndərib: “Həmin səs yazısında Əhməd tərəfindən xalamı, eləcə də mənim ailəmi nalayiq söyüşlərlə təhqir edərək kobud ifadələr işlətmsi göründü. Əhmədin ailəm təhqir etməsi mənə pis təsir etdiyinə görə və Əhməddən bu hərəkəti gözləmədiyi üçün əsəbləşdim. Əhmədə zəng vuraraq harada olduğunu soruşdum. Əhməd başqa yerdə olduğunu bildirdib. Evə gələndə mənimlə əlaqə saxlayacağını qeyd etdi. Artıq gecə saatları olduğuna görə Əhmədin yaşadığı evin həyətinə gəldim. Maşında onu gözlədim”.
Sərdar bildirib ki, martın 25-də, saat 00.20-də Əhmədin həyətə daxil ollduğunu görüb: “Avtomobildən yerə düşdüm. Əhmədlə görüşdüm və onunla işimin olduğunu bildirdim, maşına oturmasını xahiş etdim. Əhməd maşına oturdu və maşını idarə edərək kənar dairəvi yola çıxdım. Sonra söhbət edə-edə “Jasmin” park yaşayış kompleksinin həyətinə gəldik. Orada maşını saxladım. Maşından hər ikimiz yerə düşdük. Əhməddən nəyə görə ailəmi təhqir etməsinin səbəbini soruşdum. Əhməd düzgün hərəkət etdiyini bildirirək öz hərəkətlərinə haqq qazandırmağa çalışdı və üzbəüz yenə də ailəmi təhqir edəndə əsəblərimə hakim ola bilmədim. Yumruqla onun sifət nahiyyəsindən vurdum. Əhməd yerə yıxıldı. Yerdə də onu yumruq və təpik zərbələri ilə vuraraq döyməyə başladım. Əhmədin hərəkətsiz vəziyyətdə olduğunu görərək dayandım. Sonra maşınıma əyləşərək oradan getdim. Bundan sonra yaşadığım mənzilə gəldim”.
İş üzrə zərərçəkmiş Əhmədin sözlərinə görə, 2006-cı ildə Sevda ilə ailə həyatı qurub, birgə nigahlarından 2011-ci ildə oğlu düynaya gəlib: “Münasibətlərimiz alınmadığına görə 2014-cü ildə rəsmi olaraq boşandıq. Övladıma görə keçmiş yoldaşımla həmişə əlaqə saxlayırdım. Uşağımın ehtiyaclarını həmişə ödəmişəm. Aliment ödəməsəm də, 2-ci qrup əlilliyimə görə aylıq 220 manat təqaüd alıram və təqaüd kartını keçmiş yoldaşıma vermişəm. Son 2 ay olar ki, oğlum artıq mənimlə qaldığına görə həmin təqaüd kartını Sevdadan aldım”.
Zərərçəkmiş qeyd edib ki, martın 24-də Sevda ilə telefon vasitəsi ilə danışanda ondan təqaüd kartını geri istəyib: “Sevda verməcəyini dediyi üçün aramızda sözlü mübahisə yarandı. Sevda məni söydüyünə görə onu telefonda söydüm. Axşam saat təxminən 23.30-da Sevdanın bacısı oğlu Sərdar mənə zəng vuraraq harada olduğumu, mənimlə görüşmək istədiyini bildirdi. Ona kənarda olduğumu, gələndə əlaqə saxlayacağımı bildirdim. Saat təxminən 00.10-da həyətə gələndə Sərdarın binalarının qabağında dayandığını gördüm. Mənə maşına oturmağımı bildirdi. Sərdarın maşınına oturdum. Normal qaydada hal-əhval tutduq. Avtomobili söhbət edə-edə hərəkət etdirməyə başladı. Sərdar avtomobili kənar dairəvi yola çıxardaraq idarə etdi, “Jasmin” yaşayış kompleksinin həyətinə sürərək saxladı. Mənə yerə düşərək siqaret çəkməyi bildirdi. Maşından yerə düşdük, yerə düşən kimi Sərdar mənə nəyə görə xalasını və ailəsini təhqir etməyimin səbəbini soruşdu. Mən isə Sərdara onun qohumları ilə, ailəsi ilə heç bir işimin olmadığını bildirdim. Ona xalasının məni söydüyü üçün mən də onun xalasını söymüşəm. Danışdığım vaxt Sərdar gözlənilmədən yaxamdan tutaraq yumruq zərbəsi ilə başımdan vurdu, məni yerə yıxdı. Yerdə də Sərdar məni təpiklə, yumruqla başımdan ayağımdan, qolumdan zərbələr vurmağa başladı. Zərbələr endirəndən sonra qaçaraq maşınına oturdu və maşını sürərək həmin yerdən uzaqlaşdı. Həmin vaxtı orada olan tanımadığım mühafizəçi mənə yaxınlaşdı, kömək lazım olub-olmadığını soruşdu. Heç nəyə ehtiyac olmadığını bildirdim və ayağa qalxaraq oradan yaşadığım evə gəldim. Baş vermiş hadisə ilə bağlı olaraq Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng vuraraq məlumat verdim”.
Zərərçəkmiş qeyd edib ki, baş vermiş hadisə zamanı optik eynəyi düşərək itib, istifadəsində olan “Samsunq A73” markalı mobil telefon yararsız hala düşüb: “Əynimdə olan paltarlar da yarasız hala düşdü. Bu hadisə nəticəsində mənə 2000 manat maddi ziyan dəyib. Mənim tərəfimdən Sərdara qarşı heç bir xəsarət və ya fiziki zorakılıq hərəkətləri edilməyib. Təqsirləndirilən şəxslə barışmamışam"
Bu cinayət işinə Yasamal rayon Məhkəməsində baxılıb.
Məhkəmənin hökmü ilə Sərdar 10 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilib.
Təqsirləndirilən şəxsə yaşadığı ünvanı axşam saat 23.00-dan səhər saat 06.00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bakı və Sumqayıt şəhərlərinin, Abşeron rayonunun inzibati ərazilərini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirilməsi tapşırılıb.
Təqsirləndirilən şəxsin üzərinə kütləvi tədbirlərdə iştirak etməmək vəzifəsi qoyulub.
Fariz Məlikli
Demokrat.az