Neft Sənayesi Mühəndisləri Cəmiyyətinin (SPE) təşkilatçılığı ilə keçirilən 10-cu Yubiley Xəzər Texniki Konfransında çıxışı zamanı BP şirkətinin “Azəri-Çıraq-Günəşlı” sahəsinin işlənməsi üzrə menecer Əfqan Hüseynov bildirib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şahdəniz” qaz-kondensat yatağı 2048-ci ildə hələ də böyük potensiala və məhsuldarlığa malik olacaq. Onun sözlərinə görə 25 ildən sonra da yataqda lay təzyiqi göstəricisi kifayət qədər yüksək səviyyədə olacaq.
İqtisadçı ekspert Eldəniz Əmirov da Demokrat.az-a açıqlamasında proqnozunu bölüşüb. O bildirib ki, Azərbaycanın neft hasilatı həcmlərində azalmalar son dövrlərdə davam etsə də, qaz hasilatı ilə bağlı belə problem yoxdur:
“Azərbaycanın təsdiqlənmiş ehtiyatları 2,6 trilyon kubmetr həcmindədir, bu, kifayət qədər böyük rəqəmdir. “Şahdəniz” yatağının əsas operatoru olan BP şirkətinin verdiyi məlumatlar heç bir halda qeyri-dəqiq ola bilməz. Bu yatağın işlənməsi üzrə müqavilə yenilənib, 2048-ci ilə qədər davam edəcək. Hesab edirəm ki, yeni texnoloji tətbiqlərlə həmin ilə qədər də müasir geoloji yanaşmalarla Xəzərin Azərbaycan sektorunda daha irihəcmli qaz ehtiyatlarının kəşf olunması, mövcud ehtiyatların hasil olunması ehtimalı çoxdur”.
Törə Zeynallı
Demokrat.az