İkili standartlar qəbul edilməzdir

SİYASƏT 22 noy 2023, 19:00
Azərbaycan dövləti UNESKO - ya dəfələrlə müraciətlər ünvanlayıb erməni faşistlərin törətdikləri vəhşiliklərlə tanış olmağı xahiş etsə də, qarşı tərəf ölkəmizə səfər etməmiş, bu müraciətlərə lazımı münasibət bildirməmişdir.Halbuki müraciət edilmədən belə bu qurum öz vəzifəsini dəyərləndirməli, məhv edilmiş tarixi - mədəni, dini abidələrimizin, ziyarətgahlarımızın taleyi barədə düşünməli və ciddi tədbirlər görməli idi. Ancaq müharibədən əvvəl və sonra bunlar baş vermədi və xalqımızın başına gətirilən müsibətlərə, şəhər və kəndlərimizin, tarixi abidələrimizin məhv edilməsinə laqeydlik  göstərildi.            

Bu günsə UNESKO Xankəndinə gəlmək üçün müraciət edir, oradakı vəziyyətlə tanış olmaq fikrindədir. Azərbaycan müraciəti müsbət cavablandıraraq Ağdamdakı dağıntıları, törədilmiş vəhşilikləri də qeydə almağı vacib hesab etsə də, çox təəssüflər olsun ki, qurumun missiyası buna tərəddüdlə yanaşmışdır. Ağdamdan keçib Xankəndinə getməyi, dağıdılmış, tamamilə məhv edilmiş şəhərin yalnız iki abidəsinə nəzər salmağı lazım bilən bu beynəlxalq qurumun mövqeyi qərəzlidir, başa düşülən deyildir.                                               
Onlar yer üzərindən silinən, tamamilə dağıdılan yaşayış məskənlərimizi, milli - mənəvi abidələrimizə qarşı törədilən vəhşilikləri görmək və qeydə almaq istəmirlər. Yalnız ermənilərin yaşadığı Xankəndinə baş çəkməyi lazım bilirlər ki, bununla da Azərbaycan razılaşa bilməz və haqlı olaraq dövlətimiz qurumun şərtlərini qəbul etməmişdir.                                
UNESKO - nun mövqeyi göstərir ki, bu beynəlxalq qurum ermənipərəst qüvvələrə, xüsusilə Fransanın rəsmi dairələrinə xidmət edir və təcavüzkar dövlətin tapşırıqlarını yerinə yetirir. Faktlar bunu sübut edir. Çünki Azərbaycan dövləti 44 günlük müharibədən sonra dəfələrlə bu qurumun nümayəndələrini ölkəmizə dəvət etmişdir, ancaq müsbət cavab almamışdır. Əksinə onlar təcavüzkar Ermənistanın adi çağırışlarına dərhal cavab vermiş və vəhşilərin yanında olduqlarını nümayiş etdirmişlər. Qurum bu gündə məkrli mövqeydədir.            

Onlar Azərbaycan həqiqətlərini, çəkdiyimiz əzab - əziyyətləri, tarixi zəfərimizi, haqlı - ədalətli davranışlarımızı görmək istəmirlər. Çünki əməlləri, fikirləri ikili standartlara əsaslanır, şəxsi maraqlara söykənir.                        

Ağdamdan “yan keçərək” Xankəndinə getmək arzusu bu qurumun ölkəmizə sifarişlə gəlməsini, anti - Azərbaycan siyasəti yürüdən dövlətlərin tapşırıqlarını yerinə yetirilməsini aydın göstərir və erməni faşistlərinin çirkin əməllərinə xidmət edir.    Azərbaycan bunu yaxşı bilir, görür və missiyanın gəlişinə razılıq verməməkdə haqlıdır.

                            
Tahir Rzayev     
Milli Məclisin Aqrar siyasət komitəsinin sədri         
          
 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top