Arif Hacılının oğlu həbsdə qaldı

HADİSƏ 22 noy 2023, 15:29
Bakı şəhəri Yasamal rayon məhkəməsində Müsavat Partiyasının başqanı Arif Hacılının oğlu Orxan Hacılının ev dustaqlığına buraxılması ilə bağlı vəsatətə baxılıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Orxan Hacılının vəkili Nemət Kərimli bildirib. 

Onun sözlərinə görə, məhkəmə vəsatəti təmin etməyərək, Orxan Hacılı ev dustaqlığına buraxılmayıb. 

Qeyd edək ki, noyabrın 2-də yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma və yol-nəqliyyat hadisəsi yerindən qaçmada təqsirləndirilən Orxan Hacılı barəsində 2 ay müddətinə həbs qətimkan tədbiri seçilib. 

O.Hacılı barəsində Cinayət Məcəlləsinin 263 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma) və 264 (yol nəqliyyat hadisəsi yerindən qaçmada) maddələri ilə ittiham irəli sürülüb. 

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
Top