Şimali koreyalı hakerlər hökumət rəsmiləri də daxil olmaqla 1468 Cənubi Koreya vətəndaşının elektron poçt hesablarını oğurlayıb.
Demokrat.az xəbər verir ki, bu barədə Cənubi Koreya polisindən verilən açıqlamada bildirilib.
Açıqlamaya görə, Şimali koreyalı hakerlər 1468 Cənubi koreyalının elektron poçt hesablarını ələ keçirib.
Qeyd olunub ki, “Kimsuky” kimi tanınan haker təşkilatı bu il ölkə daxilində və xaricdə 500-ə yaxın serverə sızıb və beləliklə, qurbanların e-poçt hesabları oğurlanıb.
Qrupun bəzi e-poçt hesabı oğurlamaq cəhdlərinin təhlükəsizlik tədbirləri səbəbindən uğursuzluqla nəticələndiyi də bildirilib.
Aysu
Demokrat.az