"Fransa bizə kompensasiya ödəməlidir. Bu təzminat 25 milyon avro hesablanıb".
Demokrat.az xəbər verir ki, bunu "L'Alliance Nationale Guadeloupe" siyasi hərəkatının sözçüsü Laurence Maquiaba noyabrın 21-də Bakı Təşəbbüs Qrupunun təşkilatçılığı ilə Bakıda "Dekolonizasiya: Qadınların gücləndirilməsi və inkişafı" mövzusunda keçirilən tədbirdə çıxışı zamanı deyib.
O bildirib ki, müstəmləkəçilik dövründə ölkəsində qadınlar böyük çətinliklərə məruz qalıblar: "Qadınların üçdə biri iş yerlərində zorakılığa məruz qalıb. Sorğuda iştirak edənlər tibbi xidmətlərdən istifadə edə bilmədiklərini bəyan edirlər. Biz istəyirik ki, sosial hüquqlar bərabər olsun, qadın və kişilərin əməkhaqları eyniləşdirilsin. Ölkəmizin azadlığı üçün mübarizə aparırıq. Buna görə də iqtisadi cəhətdən güclü olmalıyıq". (Apa)