Bakıda sərxoş kişi arvadına xəsarət yetirdi —TƏFƏRRÜAT

KRİMİNAL 20 noy 2023, 12:41
Bakının Xətai rayonunda 1981-ci il təvəllüdlü Əfsən həyat yoldaşı Vüsaləyə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, Əfsən Vüsalə  ilə birgə yaşadığı mənzilin qonaq otağında onunla mübahisə edib.

Mübahisə zamanı Əfsən əl zərbələri ilə Vüsalənin bədəninin müxtəlif nahiyələrinə vuraraq ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. 

Hadisəni törədən Əfsənin barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa xəsarət yetirmə) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Əfsən ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O bildirib ki, Vüsalə ilə 2004-cü ildən evlidir və onların iki övladı var: “Təxminən bir ildir ki, evdə spirtli içki araq qəbul etdiyim üçün Vüsalə ilə aramızda mübahisələr olur. Sonuncu dəfə hadisə baş verən günü, axşam saatlarında yaşadığım mənzildə olarkən spirtli içki araq qəbul etdim. Həmin vaxt Vüsalənin ağladığını gördüyüm üçün ondan nə üçün ağladığını soruşdum. Vüsalə də mənə cavab vermədiyi üçün aramızda mübahisə yarandı”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, Vüsalədən nəyə görə kefinin olmadığıını dəfələrlə soruşsa da ona cavab verməyib: “Vüsalənin belə elədiyinə əsəbiləşdim. Eyni zamanda həmin vaxt sərxoş olduğum üçün Vüsalə məndən kənara çəkilmək istəyəndə əlim ilə onun bədəninin müxtəlif bədən nahiyələrinə bir neçə dəfə vurdum. Bundan sonra Vüsalə telefonu götürərək Daxili İşlər Nazirliyinin “102” xidmətinə məlumat verdiyi üçün yaşadığımız mənzildən getdim”.

Bu cinayət işinə Xətai rayon Məhkəməsində baxılıb. 

Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. 

Bu səbəbdən Əfsənin barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 

Fariz Məlikli
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top