AVRO-2024: Azərbaycan millisi səfərdə Belçika ilə üz-üzə gələcək

İDMAN 19 noy 2023, 09:15
Bu gün Azərbaycan millisi AVRO-2024-ün seçmə mərhələsində sonuncu oyununu keçirəcək.

"Report"un "Etopaz"ın dəstəyi ilə Brüsselə ezam olunmuş əməkdaşı xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu kollektivdə Belçika yığmasının qonağı olacaq.

"Kinq Baudouin” stadionunda reallaşacaq görüş Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

Matçı Gerqo Boqarın rəhbərlik etdiyi macarıstanlı hakimlər briqadası idarə edəcək. Meydan sahibləri F qrupunda 17 xalla ikincidir. Komandamız isə 7 xalla 4-cü sırada qərarlaşıb.

Qrupun digər oyununda İsveç Estoniyanı qəbul edəcək.

AVRO-2024, seçmə mərhələ oyunu

21:00. Belçika - Azərbaycan
Baş hakim: Gerqo Boqar (Macarıstan)
Brüssel. "Kinq Baudouin”

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top