Çində binada baş verən yanğında 26 nəfər öldü

SOSİAL 16 noy 2023, 18:14
Çinin şimalındakı Şansi əyalətində bir binada baş verən yanğında 26 nəfər ölüb.

Demokrat.az
xəbər verir ki, bu barədə Sinxua agentliyi məlumat yayıb.

Bildirilib ki, Lulianq şəhərindəki binada yanğın baş verib.

Səbəbi hələ məlum olmayan yanğında 26 nəfər həyatını itirib.

Kömür mədən şirkətinə aid olduğu bildirilən binadan təxliyə edilən 70 nəfərdən 63-ü xəstəxanaya yerləşdirilib. Şəxslərdən 38-nin yaralandığı bildirilib.

Digər tərəfdən səlahiyyətlilər 4 mərtəbəli binada yanğının nəzarət altına alındığını və axtarış-xilasetmə işlərinin sona çatdığını açıqlayıb.

Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top