Xəstəxanadan qaçmağa çalışan fələstinlilərə atəş açıldı

HADİSƏ 15 noy 2023, 14:05
İsrailin hücumu zamanı xəstəxanadan qaçmağa çalışan fələstinlilərə atəş açılıb. 

Demokrat.az
xəbər verir ki, bu barədə Qəzzadakı xəstəxanalardan birinin baş direktoru Munir əl-Burş açıqlama verib.

“Əl-Cəzirə” telekanalına danışan Burş İsrail qüvvələrinin xəstəxana kompleksi daxilində cərrahi və təcili yardım binalarında axtarış apardıqlarını, lakin heç bir silah tapmadıqlarını bildirib.

İsrail Ordusu isə HƏMAS-ı hədəf almaq üçün xəstəxanada dəqiq və məqsədyönlü əməliyyat həyata keçirdiyini qeyd edib.

HƏMAS xəstəxanadan hərbi baza kimi istifadə etdiyini rədd edib və İsraili tibb müəssisəsinə basqın edərək hərbi cinayətlər törətməkdə ittiham edib.


Aysu
Demokrat.az

SEÇİLMİŞ XƏBƏRLƏR

DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ
26 iyl 2024, 21:15
Top